Yuxarı

Həcc ziyarəti zamanı ölən 717 zəvvar arasında ən azı 1 türk olub - ƏLAVƏ OLUNUB - FOTO - VİDEO

12 türkiyəli zəvvar itkin düşmüş hesab olunur

ilk xəbər saat 13:24-də yayımlanıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Məkkədə Həcc ziyarəti zamanı ölən 717 zəvvar arasında ən azı bir Türkiyə vətəndaşı olub.

“Report”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Yaşar Tartop adlı türk xəstəxanada dünyasını dəyişib.

12 türkiyəli zəvvar isə itkin düşmüş hesab olunur.

***

Bakı. 24 sentyabr. REPORT.AZ/ Mina dağında ziyarət zamanı baş verən faciənin səbəbi zəvvarların təsdiq olunmuş ziyarət qrafikinə riayət etməməsi olub.

“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Səüdiyyə Ərəbistanının DİN rəsmisi Mansur at-Turki bildirib.

Onun sözlərinə görə, iki küçə ilə hərəkət edən minlərlə zəvvar əvvəlcədən paylanan qrafikə əməl etmədiyindən izdiham yaranıb, nəticədə 717 nəfər ölüb.

***

Bakı. 24 sentyabr. REPORT.AZ/ Məkkədə Həcc ziyarəti zamanı 100 nəfər ölüb, 390 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb.

Ölənlərin ad-soyadları açıqlanmayıb.

Hadisə Mina ziyarətgahı ətrafında baş verib.

***

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Qüvvələrinin məlumatına görə, Minada çadır şəhərciyindəki izdiham nəticəsində 220 zəvvar ölüb, 450 nəfər yaralanıb.

***

Son məlumatlara görə, ölənlərin sayı 310 nəfərə çatıb. 450 nəfər yaralanıb.

***

Ölənlərin sayı 453, yaralıların sayı 631-ə çatıb.

***

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, ölənlərin sayı 717-yə, yaralıların sayı 805-ə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi