Havay adalarında restoranda 45 nəfər zəhərlənib

Havay adalarında restoranda 45 nəfər zəhərlənib Zəhərlənməyə norvolk virusu səbəb ola bilər
Digər ölkələr
15 Oktyabr , 2017 10:56
Havay adalarında restoranda 45 nəfər zəhərlənib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Havay adalarının Hanolulu şəhərindəki restoranlardan birində ən azı 45 nəfər zəhərlənib.

"Report" xəbər verir ki, bu barədə yerli Səhiyyə İdarəsinə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, zəhərlənməyə norvolk virusu səbəb ola bilər və bu, hələ ki, altı zərərçəkəndə qeydə alınıb.

Agentliyin məlumatına görə, zərər çəkənlərin hamısı hadisədən bir neçə gün sonra düzəliblər. Səhiyyə İdarəsinin nümayəndələri insidentlə bağlı araşdırma aparırlar.

Son xəbərlər

Orphus sistemi