Havay adalarında raket təhlükəsi haqqında yanlış xəbər verən şəxs işdən çıxarılıb

Havay adalarında raket təhlükəsi haqqında yanlış xəbər verən şəxs işdən çıxarılıb Bakı. 31 yanvar. REPORT.AZ/ Havay adalarında raket təhlükəsi haqqında yanlış xəbər verən şəxs işdən çıxarılıb.
Digər ölkələr
31 Yanvar , 2018 02:49
Havay adalarında raket təhlükəsi haqqında yanlış xəbər verən şəxs işdən çıxarılıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Havay adalarında raket təhlükəsi haqqında yanlış xəbər verən şəxs işdən çıxarılıb.

"Report"un məlumatına görə, bu haqda "Honolulu Star-Advertiser" nəşri bildirib.

Qeyd edilir ki, onunla birlikdə Vern Miyaqi ştatının Fövqəladə Vəziyyətlər üzrə Agentliyinin inzibatçısı da istefa verib. O baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb və müvafiq bəyanatı verib.

Nəşr əlavə edib ki, işdən çıxarılmış əməkdaş qeyri-professional imiş. Bundan başqa, araşdırma göstərib ki, o, səhvən raket təhlükəsi haqqında bildirişi qəbul etməyib, amma güman edib ki, adalar həqiqətən zərbəyə məruz qalacaq.

Yanvarın 13-də bildirilirdi ki, ABŞ-ın Havay ştatı sakinləri raket təhlükəsi haqqında xəbərdar ediliblər. 

Son xəbərlər

Orphus sistemi