Havay adalarında lava axını 117 tikilini məhv edib

Havay adalarında lava axını 117 tikilini məhv edib Kilauea vulkanı mayın 3-də püskürməyə başlayıb
Digər ölkələr
5 İyun , 2018 05:32
Havay adalarında lava axını 117 tikilini məhv edib

Bakı. 5 iyun. REPORT.AZ/ Amerikanın sakit okeanda yerləşən eyniadlı ştatına daxil olan Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində yaranan lava axınının dağıtdığı ev və tikililərin sayı 117 ədədə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Associated Press" məlumat yayıb.

Bundan əvvəl təbii fəlakət nəticəsində 87 tikilinin dağıldığı bildirilirdi. Agentliyin məlumatına görə, vulkanın yaxınlığında yerləşən Puna dairəsində bir neçə min insan təxliyyə edilib.

Kilauea vulkanı mayın 3-də püskürməyə başlayıb və 6,9 maqnituda gücündə zəlzələ ilə müşayiət olunub.

Ştat rəhbərliyi mayın 9-da Puna dairəsini fəlakət zonası elan edib.

Son xəbərlər

Orphus sistemi