Yuxarı
    Bağlamaq

    Havay adalarında güclü yanğın olub, ölənlər və yaralananlar var

    İki nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya çatdırılıb

    Bakı. 15 iyul. REPORT.AZ/ Havay adalarının paytaxtı Honoluludakı çoxmərtəbəli yaşayış binalarından birində baş vermiş yanğın zamanı azı 3 nəfər ölüb.

    "Report" xəbər verir ki, bu barədə "Honolulu Star-Advertiser" nəşri məlumat yayıb.

    Nəşrin xəbərinə görə, iki nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə həkimlər cəlb edilib.

    Yanğınsöndürmə xidmətinin rəisi Devid Cenkins bildirib ki, alovun söndürülməsinə azı 100 yanğınsöndürən cəlb edilib. Yerli vaxtla saat 14:15-də başlamış alovun söndürülməsi 3 saat ərzində mümkün olmayıb.

    Binanın 26-cı mərtəbəsində başlamış yanğın sonradan 25-28-ci mərtəbələrə yayılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi