​Havay adaları sahillərində köpək balıqları insanlara hücum edib

​Havay adaları sahillərində köpək balıqları insanlara hücum edib Nəticədə iki nəfər xəsarət alıb
Digər ölkələr
18 Oktyabr , 2015 20:56
​Havay adaları sahillərində köpək balıqları insanlara hücum edib

Bakı. 18 oktyabr. REPORT.AZ/ ABŞ-ın Havay ştatının Oaxu adası sahillərində köpək balıqları iki nəfərə hücum edib.

"Report" xəbər verir ki, zərərçəkənlər ağır vəziyyətdə yerli xəstəxanaya yerləşdiriliblər.

Yırtıcı balıqlar sahilə oktyabrın 17-də yaxınlaşıblar. Onlardan biri sahildən 50 metr aralıda 44 yaşlı kişiyə hücum edib. Daha sonra adanın cənub sahilində 32 yaşlı kişi dəniz yırtıcısının qurbanı olub. İkinci hadisə quru ilə 100 metr məsafədə qeydə alınıb.

Köpək balığı hücumlarının artması ilə əlaqədar Oaxunun üç çimərliyi bağlanıb.

Son xəbərlər

Orphus sistemi