"Harvi" qasırğası Missisipi və Tennessi istiqamətində hərəkət edir

"Harvi" qasırğası Missisipi və Tennessi istiqamətində hərəkət edir Orada leysan və daşqınlar gözlənilir
Digər ölkələr
1 Sentyabr , 2017 06:05
Harvi qasırğası Missisipi və Tennessi istiqamətində hərəkət edir

Bakı. 1 sentyabr. REPORT.AZ/ ABŞ-ın Texas və Luiziana ştatlarında dağıntılar törətmiş və hazırda zəifləmiş "Harvi" qasırğası indi Tennessi və Missisipi ştatlarına doğru hərəkət edir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğa Xəbərdarlığı üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumata görə, orada leysan və daşqınlar gözlənilir.

Hazırda qasırğa Missisipi ştatının Qrinvud şəhərinin 45 kilometrliyindədir.

Son xəbərlər

Orphus sistemi