Harvardın rektoru universitetdə antisemitizmin artmasına görə istefa verəcək

Harvardın rektoru universitetdə antisemitizmin artmasına görə istefa verəcək Koldin Qey ABŞ Konqresində təhsil müəssisəsində antisemitizm təzahürlərinə dair dinləmələrdə uğursuz çıxışından bir ay keçməmiş Harvard Universitetinin rektoru vəzifəsini tərk etmək niyyətindədir.
Digər ölkələr
3 yanvar 2024 02:39
Harvardın rektoru universitetdə antisemitizmin artmasına görə istefa verəcək

Koldin Qey ABŞ Konqresində təhsil müəssisəsində antisemitizm təzahürlərinə dair dinləmələrdə uğursuz çıxışından bir ay keçməmiş Harvard Universitetinin rektoru vəzifəsini tərk etmək niyyətindədir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu günlərdə istefa verəcək.

Universitetin rəhbər orqanlarından biri olan Harvard Korporasiyasının üzvləri universitet tərəfdaşlarını elektron poçtla xəbərdar edəcəklər. Qeyin daha sonra ayrıca açıqlama verəcəyi də gözlənilir.

Müvəqqəti rektor kimin təyin ediləcəyi isə məlum deyil.

Qeyd olunur ki, Qeyin rektor kimi fəaliyyəti Harvard Universitetinin tarixində ən qısamüddətli olacaq. Belə ki, o, bu vəzifədə cəmi altı ay keçirib.

Son xəbərlər

Orphus sistemi