ABŞ və KXDR liderlərinin ikitərəfli görüşü başa çatıb - FOTO - YENİLƏNİB

ABŞ və KXDR liderlərinin ikitərəfli görüşü başa çatıb - FOTO - YENİLƏNİB Bakı. 27 fevral. REPORT.AZ/ KXDR lideri Kim Çen In ilə ABŞ Prezidenti Donald Tramp arasında, təxminən, 10 dəqiqə davam edən təkbətək görüş başa çatıb.
Digər ölkələr
176
27 Fevral , 2019 16:31
ABŞ və KXDR liderlərinin ikitərəfli görüşü başa çatıb - FOTO - YENİLƏNİB

Bakı. 27 fevral. REPORT.AZ/ KXDR lideri Kim Çen In ilə ABŞ Prezidenti Donald Tramp arasında, təxminən, 10 dəqiqə davam edən təkbətək görüş başa çatıb.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat verib.

Bundan sonra onlar iki tərəfin dar tərkibdə olan nümayəndələri ilə birgə ortaq şam yeməyinə başlayıblar.

Şam yeməyinin, təxminən, iki saat davam edəcəyi gözlənilir.


*** 15:53

Vyetnamın paytaxtı Hanoy şəhərində KXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Trampın arasında görüş başlayıb.

"Report" xəbər verir ki, görüş öncəsi D.Tramp cari sammitin çox uğurlu alınacağına ümid etdiyini bildirib.

"ABŞ Prezidenti ikinci sammitdə iştirak edərək cəsarətini göstərib", - KXDR lideri söyləyib.

Qeyd olunur ki, hotelin bütün girişlərində yerli hərbçilər, Vyetnam İctimai Təhlükəsizlik Nazirliyinin əməkdaşları, ABŞ gizli xidmət orqanlarının nümayəndələri və Şimali Koreyanın kəşfiyyat xidmətinin əməkdaşları patrul çəkir.

Xatırladaq ki, ilk ABŞ-KXDR sammiti ötən ilin iyun ayında baş tutub

Son xəbərlər

Orphus sistemi