Almaniyada 9 ton narkotik maddə məhv edilib

Almaniyada 9 ton narkotik maddə məhv edilib Bakı. 28 dekabr. REPORT.AZ/ Almaniyada 520 milyon avroluq narkotik maddə məhv edilib.
Digər ölkələr
28 Dekabr , 2018 07:57
Almaniyada 9 ton narkotik maddə məhv edilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Almaniyada 520 milyon avroluq narkotik maddə məhv edilib.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Hamburqun gömrükçüləri 9 ton narkotiki məhv ediblər. Bununla bağlı gizli əməliyyat hərbçilərin müşayiəti ilə keçirilib.

Ümumilikdə 2400 kiloqram kokainmetamfetaminin istehsalı üçün istifadə edilən 6700 kiloqram APAAN yandırılaraq məhv edilib.

Daha əvvəl Almaniyanın Reinland-Pfalz əyalətinin Kirxem qəsəbəsində baş verən atışma nəticəsində 2 nəfər ölüb, birinin vəziyyəti ağır olmaqla, 2 polis əməkdaşı yaralanıb.

Son xəbərlər

Orphus sistemi