​Hamburqda qaçqınlar arasında 200 adamın iştirakı ilə kütləvi dava baş verib

​Hamburqda qaçqınlar arasında 200 adamın iştirakı ilə kütləvi dava baş verib Dava Suriya və əfqan qaçqınları arasında olub
Digər ölkələr
1 Oktyabr , 2015 12:42
​Hamburqda qaçqınlar arasında 200 adamın iştirakı ilə kütləvi dava baş verib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Hamburqda miqrantların ilkin yerləşdirilməsi mərkəzindəki qaçqınlar arasında 200-dən artıq adamın iştirak etdiyi qarşıdurma baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis nümayəndəsi bildirib.

Onun sözlərinə görə, dava Suriya və əfqan qaçqınları arasında olub. Qarşıdurma nəticəsində bir neçə nəfər yaralanıb.

Toqquşmanın səbəbləri haqqında məlumat verilmir. Asayişi təxminən 50 polis əməkdaşı təmin edirdi. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hələ də hadisə yerindədir.

Son xəbərlər

Orphus sistemi