Hamburqda polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib - VİDEO

Hamburqda polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib - VİDEO Etirazçılar barrikadaları, zibil qablarını, taxta altlıqları və avtomobilləri yandırırlar
Digər ölkələr
7 İyul , 2017 14:41
Hamburqda polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib - VİDEO
NBCNews

Bakı. 7 iyul. REPORT.AZ/ Hamburqda polis "Böyük iyirmiliy"in sammitinə etiraz əlaməti olaraq küçələrə toplaşan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Hamburq polisi nümayişçilərlə hüquq mühafizə orqanları arasında toqquşmaların Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Trampın ilk dəfə görüşəcəyi "Hamburg Messe" sərgi mərkəzinə yaxın Şröderştiftştrasse küçəsində də baş veridiyini bildirib.

"Küçə hər tərəfdən bağlanıb. Çoxsaylı çağırışlara baxmayaraq nümayişçilər dağılmır. Su sırnaqlarından istifadə edilib", - Hamburq polisinin "Twitter"də yaydığı məlumatda deyilir. 

Bildirilir ki, "Hamburg Messe" bölgəsində və Donald Trampın məskunlaşdığı Hamburq senatının qonaq evi yaxınlığında bir neçə yüz insan etirazlarda iştirak edir. Etirazçılar barrikadaları, zibil qablarını, taxta altlıqları və avtomobilləri yandırırlar.

Son xəbərlər

Orphus sistemi