Yuxarı
    Bağlamaq

    Hamburqda ABŞ və Rusiya prezidentlərinin görüşü başlayıb

    Donald Tramp: Ümidvaram ki, iki ölkə arasındakı münasibətlərdə bir çox müsbət amillər baş verəcək

    Bakı. 7 iyul. REPORT.AZ/ Hamburqda ABŞ Prezidenti Donald Tramp və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb. 

    "Report" xəbər verir ki, iki lider "G-20" sammiti çərçivəsində görüşür. 

    Görüşdən əvvəl D.Tramp bildirib ki, Vladimir Putinlə görüş keçilmək böyük şərəfdir. O ümidvar olduğunu bildirib ki, iki ölkə arasındakı münasibətlərdə bir çox müsbət amillər baş verəcək. 

    V.Putin öz növbəsində bir neçə dəfə Donald Trampla telefonla danışdığını və vacib məsələlərin müzakirə edildiyini deyib: "Lakin, telefon danışıqları kifayət etmir. Sizinlə görüşməyimə çox şadam və ümid edirəm ki, sizin dediyiniz kimi, bu görüş ikitərəfli münasibətlərə pozitivlik gətirəcək." 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi