Hamburq aeroportunda 50 nəfər naməlum maddənin sızması nəticəsində zəhərlənib

Hamburq aeroportunda 50 nəfər naməlum maddənin sızması nəticəsində zəhərlənib Hava limanı terminallarında olan insanlar dərhal təxliyə edilib
Digər ölkələr
12 Fevral , 2017 17:15
Hamburq aeroportunda 50 nəfər naməlum maddənin sızması nəticəsində zəhərlənib

Bakı. 12 fevral. REPORT.AZ/ Almaniyanın Hamburq şəhər hava limanında havalandırma sistemindən naməlum maddənin sızması nəticəsində 50-dən çox insan zərər çəkib.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar aeroport terminallarında olan insanlar dərhal təxliyə edilib, hava əlaqəsi dayandırılıb, aeroportun özü isə bağlanıb.

Hazırda mütəxəssislər sızan maddənin tərkibini müəyyən edirlər.

Son xəbərlər

Orphus sistemi