Yuxarı
    Bağlamaq

    Hakerlər İŞİD-in hücum planlarının müzakirə olunduğu forumu dağıdıb

    Yaraqlılar ABŞ-ın Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanındakı aviabazalarına hücum planlarını müzakirə edib

    Bakı. 5 avqust. REPORT.AZ/ İsrailin "Intsights" şirkətinin mütəxəssisləri "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının yaraqlılarına məxsus forumu dağıdıb və onların hücum planlarını ifşa edib. 

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti yazır. 

    Nəşrin məlumatına görə, forumda yaraqlılar ABŞ-ın Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanındakı aviabazalarına hücum planlarını müzakirə edib. Hakerlər, həmçinin artıq hücumların həyata keçirildiyi hədəfləri də müəyyən edib, məsələn Fransanın Normandiya bölgəsindəki kilsə. 

    Forum "Telegram" messencerinin bazasında fəaliyyət göstərir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi