Yuxarı

​Hakerlər ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi əməkdaşlarının şəxsi məlumatlarını dərc edərək İŞİD-i onlara qarşı hücüma çağırıblar

Nyu-Yorkun bir neçə min sakininin şəxsi məlumatlarını internetdə dərc olunub

Bakı. 30 aprel. REPORT.AZ/ İŞİD terror qruplaşması ilə əlaqəli olan hakerlər qrupu Nyu-Yorkun bir neçə min sakininin şəxsi məlumatlarını internetdə dərc edərək terrorçuları vətəndaşlara hücüm etməyə çağırıblar. "Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.

Məlumata görə, ABŞ polisi və Federal Təhqiqat Bürosu artıq həmin şəxslərin təhlükəsizliyinin təminatı məqsədi ilə siyahıda adları qeyd edilmiş insanların axtarışına başlayıb.

Hakerlər yalnız həmin şəxslərin adlarını internet şəbəkəyə çıxarmaqla yekunlaşmayıblar. Onlar həm də Nyu-York sakinlərinin koordinatlarını, həmçinin elektron poçtlarını ünvanlarını da qeyd ediblər. Siyahıda ABŞ Dövlət Departamentinin və Müdafiə Nazirliyinin də bir çox əməkdaşının adları var.

Ancaq "Reuters" agentliyin mənbələrinin məlumatına görə, siyahıdakı bir çox məlumatlar artıq köhnəlib. Belə ki, adları siyahıda olan bəzi insanlar həmin dövlət strukturları ilə əlaqəli deyillər.

Amerika ekspertləri hesab edirlər ki, məlumatların ələ keçirilməsi real təhlükəni əks etdirmir. Onların fikrincə, bu, İŞİD-in əhalini qorxutmaq üçün növbəti kampaniyasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi