Haiti məhkəməsi 2021-ci ildə öldürülmüş ölkə prezidentinin həyat yoldaşı Jovenel Moiz, eləcə də keçmiş baş nazir Klod Cozef sui-qəsdin təşkilində iştirak ittihamı ilə mühakimə olunmasını tələb edir.
“Report” “Métronome” radiostansiyasına istinadən xəbər verir ki, işdə ümumilikdə 50-dən çox şəxs iştirak edir.
Eyni zamanda, hakim Haitinin hazırkı Baş naziri Ariel Henrini ittihamlardan azad edib.
Xatırladaq ki, daha öncə Jovenel Moizin həyat yoldaşı Martin Moiz ölkə hakimiyyətinin onu siyasi təqiblərə məruz qoyduğunu və onu qorxutmağa çalışdığını bildirmişdi. Fevralın əvvəlində “The New York Times” prokurorun bəyanatının surətinə istinadən yazıb ki, bir neçə müttəhim Martin Moizin sui-qəsd cəhdində əli ola biləcəyini deyib. Sənədi hazırkı Henri hökuməti tərəfindən təyin edilmiş Port-o-Prens prokuroru Edler Guillaume hazırlayıb.