Yuxarı

​Haitidəki daşqınlar zamanı 9 nəfər həlak olub

Ən çox zərər çəkən evlər Nip departamentindədir

Bakı. 10 may. REPORT.AZ / Haitidə ötən həftənin sonundan başlamış leysan yağışlar insan tələfatına və maddi zərərə gətirib çıxarıb. "Report" xəbər verir ki, bu haqda "Prensa Latina" agentliyi məlumat yayıb.

Məlumata görə, daşqınlar və yaşayış evlərinin dağılması nəticəsində 9 nəfər həlak olub, onlarla sakin xəsarət alıb.

Leysan yağışların əmələ gətirdiyi daşqınlar 2 min 860 evin su altında qalmasına səbəb olub. Ən çox zərər çəkən evlər Nip departamentindədir. 

Məlumata görə, 15 ev tamamilə dağılıb.

Xatırladaq ki, bir həftə əvvəl Haiti sahilləri yaxınlığında bir kiçik yelkənli gəmi batıb. Nəticədə 21 nəfər həlak olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi