Haitidə güclü zəlzələ olub, ölənlər və xəsarət alanlar var

Haitidə güclü zəlzələ olub, ölənlər və xəsarət alanlar var Haitinin cənubunda baş verən zəlzələ nəticəsində ən azı 52 nəfər xəsarət alıb.
Digər ölkələr
115
25 Yanvar , 2022 05:29
Haitidə güclü zəlzələ olub, ölənlər və xəsarət alanlar var

Haitinin cənubunda baş verən zəlzələ nəticəsində ən azı 52 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə yerli Juno-7 portalı xilasedicilərin bəyanatına istinadən xəbər verir.

Qeyd edilir ki, təbii hadisə zamanı iki nəfər ölüb. Zərbə nəticəsində 191 bina dağılıb, 664 binaya ciddi ziyan dəyib, 800-dən çox ailə evsiz qalıb.

Bazar ertəsi səhər Haitinin cənubunda, təxminən 35 min nəfər əhalisi olan Ans-a-Vo kommunasından 3 km kənarda 5,3 bal gücündə zəlzələ baş verib, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Sonra təxminən 30 min nəfər əhalisi olan Ptit-Rivyer-de-Nipp yaşayış məntəqəsindən 4 km kənarda 5,1 bal gücündə ikinci zəlzələ baş verib.

Son xəbərlər

Orphus sistemi