Haitidə Türkiyə vətəndaşları oğurlanıb

Haitidə Türkiyə vətəndaşları oğurlanıb Haitidə Türkiyənin səkkiz vətəndaşı qaçırılıb.
Digər ölkələr
9 May , 2022 07:28
Haitidə Türkiyə vətəndaşları oğurlanıb

Haitidə Türkiyənin səkkiz vətəndaşı oğurlanıb.

Bu barədə “Report” “Haiti24” portalına istinadən xəbər verir.

Məlumata görə, onlar arasında br neçə qadın da var.

"Dominikan Respublikası - Haiti marşrutu üzrə hərəkət edən avtobusda olan Türkiyənin 8 vətəndaşı mayın 8-də günorta saatlarında Krua-de-Buket ərazisində 8 nömrəli magistral yolunda qaçırılıb", - xəbərdə deyilir.

Ötən həftə Haitinin paytaxtında Dominikan səfirliyinin müşaviri Karlos Quillen Tatisin də həmin ərazidə oğurlanaraq azadlığa buraxılması barədə məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi