Haitidə güclü yağışlar 15 nəfərin ölümünə səbəb olub

Haitidə güclü yağışlar 15 nəfərin ölümünə səbəb olub Haitidə həftəsonu yağan güclü yağışlar nəticəsində azı 15 nəfər ölüb, daha 8 nəfər itkin düşüb.
Digər ölkələr
5 İyun , 2023 08:05
Haitidə güclü yağışlar 15 nəfərin ölümünə səbəb olub

Haitidə həftəsonu yağan güclü yağışlar nəticəsində azı 15 nəfər ölüb, daha 8 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, məlumat Karib hövzəsi ölkələrinin Mülki Müdafiə İdarəsi tərəfindən dərc edilib.

İdarə qeyd edib ki, təbii fəlakət zonasından 13 mindən çox insan təxliyə edilib, 1,2 mindən çox evi qismən su basıb.

Yerli hakimiyyət orqanları zərərçəkənləri qida, gigiyena vasitələri və dərmanlarla təmin edir.

Son xəbərlər

Orphus sistemi