​Haiti sahillərində yelkənli gəmi batıb, 21 nəfər ölüb

​Haiti sahillərində yelkənli gəmi batıb, 21 nəfər ölüb Gəmi çətin meteoroloji şərait nəticəsində qəzaya uğrayıb
Digər ölkələr
3 May , 2016 03:56
​Haiti sahillərində yelkənli gəmi batıb, 21 nəfər ölüb

Bakı. 3 May. REPORT.AZ/ Ötən bazar Haiti sahilləri yaxınlığında kiçik yelkənli gəmi batıb.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi Haitinin Milli Dənizçilik və Gəmiçilik Xidmətinin direktoru Erik Prevost məlumat verib.

Onun sözlərinə görə, qəza nəticəsində 21 nəfər həyatını itirib.

Gəmi Bombardopolis şəhərindən Qonaiva istiqamətində hərəkət edirmiş. Suda boğulanların cəsədi Artibonit departamenti sahillərində tapılıb.

Prevostun sözlərinə görə, gəmi çətin meteoroloji şərait nəticəsində qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi