Haiti Prezidentinə sui-qəsddə təqsirləndirilən şəxs əməlini etiraf edib

Haiti Prezidentinə sui-qəsddə təqsirləndirilən şəxs əməlini etiraf edib Haiti və Çili vətəndaşı, 2021-ci ilin iyulunda Haiti Prezidenti Jovenel Moizə sui-qəsddə iştirakda təqsirini etiraf edib.
Digər ölkələr
25 Mart , 2023 05:10
Haiti Prezidentinə sui-qəsddə təqsirləndirilən şəxs əməlini etiraf edib

Haiti və Çili vətəndaşı Rodolf Jaar 2021-ci ilin iyulunda Haiti Prezidenti Jovenel Moizə sui-qəsddə iştirakda təqsirini etiraf edib.

"Report" xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Əlli yaşlı Rodolf Jaar ABŞ-da Mayami (Florida) məhkəməsində Moizeni qaçırıb öldürmək üçün maddi dəstək və sui-qəsddə təqsirini boynuna alıb. Agentliyin məlumatına görə, o, xüsusilə cinayətkar qrupun tərkibində olan Kolumbiya vətəndaşlarını silah, ərzaq və mənzillə təmin edib.

Agentlik qeyd edib ki, Jaar istintaqla sövdələşib və səlahiyyətlilərə ABŞ-da həbsdə olan daha 10 müttəhimin mühakiməsinə kömək edəcək məlumatlar verib. Jaara iyunun 2-də hökm oxunacağı gözlənilir. Onu ömürlük həbs cəzası gözləyir.

Ümumilikdə ABŞ-da Moizenin qətlinin təşkilində ittiham olunan 11 nəfər həbsdədir. 2021-ci il iyulun 7-də iqamətgahına hücum zamanı o, ölümcül yaralanıb, prezidentin həyat yoldaşı da güllə yarası alıb. Hakimiyyət daha sonra cinayətkar qruplaşmaya Kolumbiyanın 26 vətəndaşının daxil olduğunu, onlardan bəzilərinin həbs edildiyini açıqlayıb. Qətlə görə 40-dan çox adam həbs edilib.

Son xəbərlər

Orphus sistemi