Haiti prezidentinə sui-qəsddə əsas şübhəlilərdən biri saxlanılıb

Haiti prezidentinə sui-qəsddə əsas şübhəlilərdən biri saxlanılıb Yamaykanın hüquq-mühafizə orqanları Haiti prezidenti Jovenel Moizə sui-qəsdin təşkilində şübhəli bilinən keçmiş Haiti senatoru Con-Joel Jozefi saxlayıblar.
Digər ölkələr
16 Yanvar , 2022 04:49
Haiti prezidentinə sui-qəsddə əsas şübhəlilərdən biri saxlanılıb

Yamaykanın hüquq-mühafizə orqanları Haiti prezidenti Jovenel Moizə sui-qəsdin təşkilində şübhəli bilinən keçmiş Haiti senatoru Con-Joel Jozefi saxlayıblar.

"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.

Qeyd edək ki, bundan əvvəl Moizi öldürməkdə şübhəli bilinən kolumbiyalı Mario Antonio Palasios Yamaykada saxlanılıb. Haitinin ekstradisiya tələbinə baxmayaraq, Yamayka hakimiyyəti onu Kolumbiyaya deportasiya etmək qərarına gəlib.

7 iyul 2021-ci ildə Moiz dövlət başçısının iqamətgahına hücum zamanı ölümcül yaralanıb, həyat yoldaşı da güllə yarası alıb. Prezident bir neçə gün sonra dünyasını dəyişib.

Ölkə hakimiyyəti daha sonra bildirib ki, cinayətkar qruplaşmaya Kolumbiyanın 26 vətəndaşı daxildir, onlardan bəziləri artıq həbs edilib. Qətl işi üzrə ümumilikdə 40-dan çox adam saxlanılıb.

Son xəbərlər

Orphus sistemi