Yuxarı

​Haiti prezidenti istefa verib

Mişel Martelli: Təəssüf edirəm ki, prezident seçkisi təxirə salınıb

Bakı. 8 fevral. REPORT.AZ/ Haiti prezidenti Mişel Martelli vəzifəsindən getməklə ölkəni başsız qoyub.

"Report" xəbər verir ki, bu haqda "Associated press" məlumat yayıb.

Məlumata görə, ölkədə prezident seçkisi etiraz aksiyaları və dövlətin təhlükəsizliyi səbəbindən bir neçə dəfə təxirə salınıb.

"Təəssüf edirəm ki, prezident seçkisi təxirə salınıb", - deyə o, ölkə parlamenitdəki çıxışı zamanı vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da Haiti parlamenti və prezidenti müvəqqəti hökumətinin qurulması ilə bağlı razılığa gəlib. Yaxın günlərdə parlament müvəqqəti prezidenti seçəcək. Müvəqqəti prezident vəzifəsini yeni dövlət başçısı seçilənədək davam etdirəcək. Yeni prezident seçkisi isə aprelin 24-də keçirləcək. Dövlət başçısı seçilən şəxs vəzifə səlahiyyətlərinin icrasına mayın 14-də başlayacaq.

Seçkinin birinci turu isə 2015-ci il oktyabrın 26-da keçirilib. Etiraz aksiyaları səbəbindən bu siyasi kampaniya təxirə salınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi