Haftarın ordusu Liviya paytaxtına doğru irəliləyir

Haftarın ordusu Liviya paytaxtına doğru irəliləyir Marşal Xəlifə Haftarın komandanlıq etdiri Liviya milli ordusu paytaxt Tripolinin yaxınlığındakı ən-Nahda rayonuna tərəf irəliləyir.
Digər ölkələr
19 Dekabr , 2019 02:48
Haftarın ordusu Liviya paytaxtına doğru irəliləyir

Marşal Xəlifə Haftarın komandanlıq etdiri Liviya milli ordusu paytaxt Tripolinin yaxınlığındakı ən-Nahda rayonuna tərəf irəliləyir.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Liviya milli ordusunun "Facebook"dakı səhifəsində bildirilib.

"Silahlı qüvvələrin bölmələri sürətlə ən-Nahda rayonuna tərəf irəliləyir və qruplaşmaların (milli razılıq hökumətinin-red) müşahidə məntəqələrindən geri çəkilməsindən sonra bir neçə yeni mövqe üzərində nəzarəti ələ keçirir, ona görə də bu mövqelər bizim silahlı qüvvələrimizin məntəqəsi olub", - deyə ordunun açıqlamasında bildirilir.

Bəyanatda həmçinin qeyd edilir ki, hücum aviasiyanın dəstəyi ilə aparılır.

Daha əvvəl hərbçilər Tripolinin cənubundakı Salah əd-Din və əs-Səidiyyə, habelə paytaxtdan qərbdəki Yarmuk rayonlarında müvəffəqiyyətlər qazandıqlarını bildiriblər. Onlar xüsusən milli razılıq hökuməti qüvvələrinin tərk etməsindən sonra Kobri əz-Zaxra rayonu üzərində nəzarəti ələ keçiriblər.

Haftar ordusunun mənəvi hazırlığı üzrə briqada generalı Əhməd Mahjub bir qədər bildirib ki, Tripoliyə hücum edən qoşun şəhəri əhatəyə alıb.

Qeyd edək ki, Haftar dekabrın 12-də Tripoli uğrunda həlledici döyüşün başlandığını elan edib. Onun qüvvələrinin paytaxtın alınması uğrunda əməliyyatı apreldən davam edir.

Son xəbərlər

Orphus sistemi