Liverpulda sürücü avtomobili piyadaların üstünə sürüb, 2 nəfər yaralanıb

Liverpulda sürücü avtomobili piyadaların üstünə sürüb, 2 nəfər yaralanıb Bakı. 25 dekabr. REPORT.AZ/ Böyük Britaniyada sürücü avtomobili piyadaların üstünə sürüb.
Digər ölkələr
25 Dekabr , 2018 07:55
Liverpulda sürücü avtomobili piyadaların üstünə sürüb, 2 nəfər yaralanıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Böyük Britaniyada sürücü avtomobili piyadaların üstünə sürüb.

Bu barədə "Report" "Liverpool Echo"ya istinadən xəbər verir.

Bildirilir ki, hadisə Liverpul şəhərində, yerli gecə klubunun yaxınlığında qeydə alınıb. Nəticədə 2 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri ağır vəziyyətdədir.

Yerli polisin məlumatına görə, hadisəni törətmiş 19 yaşlı sürücü saxlanılıb. 

Bir neçə gün əvvəl isə paytaxt Londonun şərq bölgəsində yerləşən bir tibb mərkəzində naməlum şəxs xəncərlə ətrafdakılara hücum edib. Nəticədə 3 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi