Bakı. 16 fevral. REPORT.AZ/ Çinin şərqində yaşayış binası uçub.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Fuçjou şəhərində, yerli vaxtla saat 05:50-də baş verib.
Hadisə nəticəsində 10-dan çox insan dağıntılar altında qalıb. Əraziyə xilasedicilər cəlb olunub. Onlar 7 nəfəri dağıntılar altından çıxarıblar. Həkimlər yaralılara ilkin tibbi yardım göstəriblər. Xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Polis hadisənin başvermə səbəbini araşdırır, faktla bağlı təhqiqat aparılır.