Haaqada etiraz aksiyası zamanı 400 nәfәr saxlanılıb

Haaqada etiraz aksiyası zamanı 400 nәfәr saxlanılıb Niderland hökumətinin iqamətgahının yerləşdiyi Haaqa şəhərində koronavirus epidemiyası ilə mübarizə üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə etiraz olaraq aksiya keçirilib.
Digər ölkələr
22 İyun , 2020 01:41
Haaqada etiraz aksiyası zamanı 400 nәfәr saxlanılıb

Niderland hökumətinin iqamətgahının yerləşdiyi Haaqa şəhərində koronavirus epidemiyası ilə mübarizə üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə etiraz olaraq aksiya keçirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiya əvvəlcə sakit axarda başlayıb. Amma sonra radikal etirazçılarla polis arasında toqquşmalar başlayıb. 

Polis etirazçılara qarşı təzyiqli sudan istifadə edib.

“Polis 400 nəfəri saxlayıb. Onların əksəriyyəti azad edilib” – deyə, Haaqa polisinin məlumatında qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi