Haaqada bıçaqlı şəxs bir neçə nəfəri yaralayıb

Haaqada bıçaqlı şəxs bir neçə nəfəri yaralayıb Bakı. 5 may. REPORT.AZ/ Niderlandda bıçaqlı şəxs insanlara hücum edib.
Digər ölkələr
5 May , 2018 23:14
Haaqada bıçaqlı şəxs bir neçə nəfəri yaralayıb

Bakı. 5 may. REPORT.AZ/ Niderlandda bıçaqlı şəxs insanlara hücum edib.

"Report" "De Telegraaf" nəşrinə istinadən xəbər verir ki, hadisə Haaqada, Tətbiqi Elmlər Universitetinin kafesində baş verib.

Belə ki, naməlum şəxs kafeyə daxil olaraq, buradakı müştəriyə 5 bıçaq zərbəsi endirib. O, daha sonra küçədə iki nəfəri də yaralayıb.

Hadisə yerinə gələn polis əməkdaşları onu yaxalayıblar. Cinayətkar odlu silahdan açılan atəş nəticəsində ayağından yaralanıb.

Son xəbərlər

Orphus sistemi