Gürcüstanın baş naziri: "Saakaşvilinin yeri həbsxanadır"

Gürcüstanın baş naziri: "Saakaşvilinin yeri həbsxanadır" "Onun siyasətdə yeri yoxdur. Gürcüstan vətəndaşlarının əksəriyyəti də belə düşünür"
Digər ölkələr
2 Noyabr , 2015 23:59
Gürcüstanın baş naziri: Saakaşvilinin yeri həbsxanadır

Bakı. 02 noyabr. REPORT.AZ/ Gürcüstanın baş naziri İrakli Qaribaşvili hesab edir ki, ölkənin keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin başçısı Mixail Saakaşvili həbs olunmalıdır.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Estoniyada səfərdə olan Qaribaşvili bildirib ki, Gürcüstanda çevrilişə cəhd edən Saakaşvilinin "yeri həbsxanadır".

Baş nazir hesab edir ki, Gürcüstan vətəndaşlarının əksəriyyəti də onun mövqeyini paylaşır: "Mixail Saakaşvilinin dövlət əleyninə fəaliyyəti ilə bağlı kifayət qədər dəlil toplanıb. Onun siyasətdə yeri yoxdur".

Son xəbərlər

Orphus sistemi