Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə “Gürcü arzusu” liderlik edir

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə “Gürcü arzusu” liderlik edir Partiya seçicilərin 56.06% səsini toplayıb
Digər ölkələr
22 Oktyabr , 2017 11:30
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə “Gürcü arzusu” liderlik edir

Bakı. 22 oktyabr. REPORT.AZ/ Gürcüstanın hakim “Gürcü arzusu” partiyası yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə seçicilərin 56.06% səsini toplayıb.

“Report” “TASS”-a istinadən xəbər verir ki, bu barədə bülletenlərin 63.97% sayılmasından sonra ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumaata görə, ikinci yerdə seçicilərin 16.82 % səsini toplayan “Vahid milli hərəkat” Partiyası qərarlaşıb. Üçüncü yerdə “Avropa Gürcüstanı” (10.3%), dördüncü yerdə isə “Gürcüstan vətənpərvərlər alyansı” partiyasıdır (6.47%).

Paytaxt Tbilisinin yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə seçicilərin 60,92% səsi sayılandan sonra hakim partiya 53,68% , “Vahid milli hərəkat” Partiyası 17,12%, “Avropa Gürcüstanı” 8,84%, “Gürcüstan vətənpərvərlər alyansı” Partiyasının nümayəndələri isə 5,8% toplayıb.

Qeyd edək ki, şəhər və bələdiyyə yerli idarəetmə orqanında yer qazanmaq üçün partiya və seçki bloku seçicilərin azı 4 faizini toplamalıdır. 

Son xəbərlər

Orphus sistemi