Gürcüstanın Samtredia rayonunda yerləşən neft bazasında yanğın baş verib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, ötən gecə qeydə alınan yanğının söndürülməsinə İmereti və Sameqrelo rayonlarından 14 xilasetmə qrupu və 70 yanğınsöndürən cəlb olunub.
Hazırda yanğın lokallaşdırılıb və onun tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Gürcüstanın

