​Gürcüstanda NATO-nun təlimi başlayıb

​Gürcüstanda NATO-nun təlimi başlayıb Tədbirdə ABŞ-ın 220 dəniz piyadası da iştirak edir
Digər ölkələr
8 İyul , 2015 15:51
​Gürcüstanda NATO-nun təlimi başlayıb

Bakı. 8 iyul. REPORT.AZ/ Gürcüstanın Vaziani hərbi bazasında "Agile Spirit" ("Çevik ruh") adı altında NATO-ya üzv 5 dövlətin iştirakı ilə təlimlər başlayıb.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Xəbərə görə, tədbirin açılışına Gürcüstan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının yüksək vəzifəli nümayəndələri də qatılıb.

Təlimdə Gürcüstan hərbçiləri ilə yanaşı ABŞ-ın 220 dəniz piyadası, eləcə də Bolqarıstan, Latviya, Litva və Rumıniya orudularının nümayəndələri də iştirak edir.

Xəbərə görə, təlim Gürcüstan-NATO tədbirləri çərçivəsində baş tutub. 

Son xəbərlər

Orphus sistemi