Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 6-ya çatıb

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 6-ya çatıb Tbilisi. 3 yanvar. REPORT.AZ/ Gürcüstanda H1N1 (“donuz qripi”) virusundan ölənlərin sayı 6-ya çatıb.
Digər ölkələr
2065
3 Yanvar , 2019 13:54
Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 6-ya çatıb

Tbilisi. 3 yanvar. REPORT.AZ/ Gürcüstanda H1N1 (“donuz qripi”) virusundan ölənlərin sayı 6-ya çatıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, bu gün ölkədə qrip virusuna yoluxma ilə bağlı, təxminən, 144 hal qeydə alınıb və onların da 140-ı H1N1 virusuna yoluxmadır.

A.Qamkrelidze deyib ki, Gürcüstanda yayılmış qrip virusunun 95%-ni “donuz qripi” təşkil edir.

Xatırladaq ki, H1N1 virusundan ölüm hallarının 4-ü Acarıstan Muxtar Respublikasında qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi