Gürcüstanda koronavirusa 13 yeni yoluxma halı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 864-ə çatıb. Onların 703-ü sağalıb, 14-ü isə ölüb.
Hazırda ölkə üzrə karantində 3 026, stasionar nəzarətdə isə 297 nəfər saxlanılır.