Güclü yağışlar İtaliyanın Kalabria bölgəsində ciddi fəsadlar törədib

Güclü yağışlar İtaliyanın Kalabria bölgəsində ciddi fəsadlar törədib Artıq bölgədə yaşayan əhalinin təxliyyə olunmasına başlanılıb
Digər ölkələr
3 Noyabr , 2015 01:27
Güclü yağışlar İtaliyanın Kalabria bölgəsində ciddi fəsadlar törədib

Bakı. 03 noyabr. REPORT.AZ/ İtaliyanın Kalabria bölgəsində bir neçə gün davam edən aramsız yağan güclü yağış nəticəsində dəmiryol xətləri və avtomagistrallar su altında qalıb. Xüsusilə Ferruzano qəsəbəsi hazırda təcrid olunmuş vəziyyətdədir və xilasedicilər buraya daxil olmaq üçün səy göstərirlər, информирует Report со ссылкой на ТАСС.

İtaliyanın AGİ xəbər agentliyinin məlumatına görə, bölgədə baş verən güclü daşqınlar torpaq sürüşmələri ilə nəticələnib və nəqliyyatın hərəkəti iflic olub. Daşqınların törətdiyi fəsadları aradan qaldırmaq üçün ətraf bölgələrin xilasediciləri də cəlb olunub. Artıq bölgədə yaşayan əhalinin təxliyyə olunmasına başlanılıb.

Son xəbərlər

Orphus sistemi