Güclü tufan Çində dörd nəfərin ölümünə səbəb olub

Güclü tufan Çində dörd nəfərin ölümünə səbəb olub Təbii fəlakət nəticəsində ən azı dörd nəfər həlak olub, 80-dən çox insan yaralanıb.
Digər ölkələr
5 Oktyabr , 2015 05:31
Güclü tufan Çində dörd nəfərin ölümünə səbəb olub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Güclü tufan Çinin cənub bölgələrini təsirinə məruz qoyub. Bölgədə yaşayan on minlərlə insan evakuasiya edilib.

“Report”-un “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində ən azı dörd nəfər həlak olub, 80-dən çox insan yaralanıb.

Çin Milli Meteorologiya Mərkəzinin bildirib ki, saatda 180 km sürətli külək və güclü yağış gözlənilir.

Tufanın vurduğu ziyan Guangdong and Hainan vilayətlərində qeydə alınıb. Növbəti iki gün ərzində tufanın səngiyəcəyi proqnozlaşdırılıb.

Hainan şəhərinin hava limanında bütün uçuşlar və dəmir yolu reysləri təxirə salınıb.

60 min balıqtutma gəmisi sahillərə qaytarılıb. Balıqçılıq fermalarından 40 min balıqçı sığınacaqlara köçürülüb.

Koreya dilində göy qurşağı demək olan Mujiqae bu ilin 22-ci tufanıdır.

Son xəbərlər

Orphus sistemi