Güclü qar Yaponiyada 7 nəfərin ölümünə səbəb olub

Güclü qar Yaponiyada 7 nəfərin ölümünə səbəb olub Ölkənin bəzi şimal bölgələrində qarın hündürlüyü 250 sm-ə çatıb
Digər ölkələr
16 Yanvar , 2017 09:52
Güclü qar Yaponiyada 7 nəfərin ölümünə səbəb olub

Bakı. 16 yanvar. REPORT.AZ/ Yaponiyada yağan güclü qarın yaratdığı fəsadlar 7 nəfərin ölümünə səbəb olub.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Məlumata görə, ölənlərin əksəriyyəti yol qəzalarının qurbanı olublar. Xəbərdə bildirilib ki, yolların buz bağlaması və görüntü səviyyəsinin aşağı olması səbəbindən avtomobillər su hövzələrinə və uçuruma yuvarlanıb.

Bundan başqa, bir nəfər yaşlı fermer qarın ağırlığına tam gətirməyib çökən istixananın dağıntıları altında qalıb və aldığı xəsarətlərdən vəfat edib. Bir neçə nəfər isə dam örtüyünü qar və buzlardan təmizləyən zaman oradan sürüşərək yerə yıxılıb və ölüb.

Yerli hakimiyyət orqanlarının məlumatlarına görə, yanvarın 15-də Yaponiyanın şimalındakı bəzi bölgələrdə, xüsusilə, Aomori prefekturasında yağan qarın hündürlüyü təxminən 250 sm olub.

Son xəbərlər

Orphus sistemi