Güclü qar yağışı Madriddə həyatı iflic edib

Güclü qar yağışı Madriddə həyatı iflic edib Paytaxt meriyası pis hava səbəbi ilə şənbə günü avtobusların hərəkət etməyəcəyini, metronun faəliyyətində isə axsama yaşandığını açıqlayıb
Digər ölkələr
539
9 Yanvar , 2021 12:41
Güclü qar yağışı Madriddə həyatı iflic edib

Madriddə dünən gündüz saatlarından başlayan və hələ də davam edən son illərin ən güclü qar yağışı İspaniya paytaxtının həyatını, demək olar, tamamilə iflic edib.

“Report” TASS-a istinadən xəbər verir ki, İspaniyanın Dövlət Meteorologiya Agentliyi ölkənin bir çox əyalətində xəbərdarlıq edib, bəzi bölgələrdə təhlükə səviyyəsi ən yüksək – qırmızı səviyyəyə qaldırılıb.

Dünən zəif görmə imkanları və uçuş-enmə zolaqlarının vəziyyəti səbəbindən Madrid-Baraxas Beynəlxalq Hava Limanının fəaliyyəti dayandırılıb, o cümlədən 27 reys ləğv edilib. Dövlət Hava Limanları İdarəsi (AENA) tvitter hesabından təhlükəsizlik səbəbi ilə Baraxasda işlərin bu gün də dayandırıldığını açıqlayıb.

Təbii fəlakət bəzi istiqamətlərdə dəmir yolu nəqliyyatını da pozub. Paytaxt meriyası pis hava səbəbi ilə şənbə günü avtobusların hərəkət etməyəcəyini, metronun faəliyyətində isə axsama yaşandığını açıqlayıb.

Madrid sakinləri şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırılıb. Yerli KİV-in məlumatına görə, onlarla sürücü Madrid muxtar cəmiyyətində qarla örtülmüş yollarda maşınlarında gecələmək məcburiyyətində qalıb. Onlara yardım üçün əməliyyatlara yolları təmizləməyə çalışan hərbçilər də cəlb olunub. Evdə çatdırılma xidmətləri paytaxtda işini dayandırıb.

Madriddə gün ərzində qar örtüyünün 20 sm-dən çox olacağı gözlənilir.

İspaniyanın digər bölgələrində də əlverişsiz hava səbəbindən çətin vəziyyət yaranıb.

Son xəbərlər

Orphus sistemi