Güclü qar Hindistanda azı 11 nəfərin həyatına son qoyub

Güclü qar Hindistanda azı 11 nəfərin həyatına son qoyub Güclü qar və pis hava şəraiti səbəbindən Hindistanda azı 11 nəfər ölüb.
Digər ölkələr
23 Oktyabr , 2021 09:40
Güclü qar Hindistanda azı 11 nəfərin həyatına son qoyub

Güclü qar və pis hava şəraiti səbəbindən Hindistanda azı 11 nəfər ölüb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, ölənlər arasında turistlər, daşıyıcılar və bələdçilər olub.

Xatırladaq ki, bazar ertəsi turistlərdən və onları müşayiət edən şəxslərdən ibarət 17 nəfərlik qrup Lamkhaqa keçidindən keçərkən itkin düşüb. Bələdçilərdən bir neçəsi yaxınlıqdakı evlərə çata bildikdən sonra onların axtarışına başlanılıb. Axtarış işlərinə hərbçilər də cəlb edilib.

İndiyədək 2 nəfər sağ, 11 nəfər isə ölü tapılıb. 4 nəfərin axtarışları davam etdirilir. Turistlər Nyu-Dehli şəhərindən və Qərbi Benqal ştatından olan hindistanlılar olub.

Son xəbərlər

Orphus sistemi