Güclü "Patricia" qasırğası Şimali Amerika sahillərinə yaxınlaşır

Güclü "Patricia" qasırğası Şimali Amerika sahillərinə yaxınlaşır Amerika qitəsində qeydə alınmış ən güclü hesab edilən qasırğanın "fəlakət törətmə potensialı" var.
Digər ölkələr
23 Oktyabr , 2015 21:23
Güclü Patricia qasırğası Şimali Amerika sahillərinə yaxınlaşır

Bakı. 23 oktyabr. REPORT.AZ/ Meksika hakimiyyəti "Patricia" qasırğasından qorunmaq üçün bir sıra rayonlardan əhalinin təxliyəsinə başlayıb. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Dünya Metroloji Təşkilatının (DMT) ekspertləri bildirib ki, bu qasırğa 2013-cü ildə Filippində 6 300 nəfərin ölümünə səbəb olan Haiyan tayfunu ilə müqayisə edilməlidir.

"Qasırğanın gücü təyyarəni havaya qaldıra və uçura bilər", - deyə DMT sözçüsü Claire Nullis xəbərdarlıq edib.

"Patricia"nın keçəcəyi üç rayonda artıq fövqəladə vəziyyət elan edilib. Bu, təxminən 400 min nəfərin yaşadığı ərazidir.

ABŞ Milli Qasırğa Mərkəzi isə bildirib ki, "Patricia" fəlakət törətmə potensialındadır və Atlantik və Sakit okeanlarda bu günə kimi qeydə alınan ən güclü qasırğadır.

Son xəbərlər

Orphus sistemi