Güclü "Malakas" qasırğası Yaponiyaya yaxınlaşır

Güclü "Malakas" qasırğası Yaponiyaya yaxınlaşır Tayfunun mərkəzində küləyin sürəti saniyədə 50 metrdir, arabir 70 metrə qədər yüksəlir
Digər ölkələr
17 Sentyabr , 2016 10:30
Güclü Malakas qasırğası Yaponiyaya yaxınlaşır

Bakı. 17 sentyabr. REPORT.AZ/ Cari mövsümdə sıra nömrəsi 16 olan güclü "Malakas" qasırğası cənub-qərbdən Yaponiyaya yaxınlaşır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qasırğa özü ilə fırtına və leysan yağışları gətirir.

Yaponiyanın Mərkəzi Meteorologiya Agentliyinin məlumatına görə, siklonun mərkəzində təzyiq 930 hektopaskala bərabərdir. Tayfunun mərkəzində küləyin sürəti saniyədə 50 metrdir, arabir 70 metrə qədər yüksəlir.

Hazırda "Malakas" saatda 20 kilometr sürətlə şimal istiqamətində hərəkət edir. Meteoroloqlar siklonun çərşənbə axşamı, sentyabrın 20-də Yaponiyanın əsas adası Honsünün cənub-qərb bölgəsinə çatacağını proqnozlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi