Bakı. 28 dekabr. REPORT.AZ/ Sakit okeanın Guam adası sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Merizo kəndindən ölkənin 140 km cənub-qərbində qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.