Yuxarı

Global Peace Index: "Hazırda dünyada yalnız 10 ölkə tamamilə münaqişələrdən azaddır"

Dünyada 25 il ərzində ən yüksək zorakılıq səviyyəsi qeyd edilib

Bakı. 8 iyun. REPORT.AZ/ Ötən il bütün dünyada silahlı münaqişələrin qurbanlarının sayı son 25 ildə ən yüksək olub, qaçqınların sayı isə İkinci Dünya Müharabəsindən sonra maksimal səviyyəyə çatıb. 

"Report" xəbər verir ki, bunu Qlobal Barış İndeksinin (Global Peace Index) məlumatları göstərir.

Tədqiqatda qeyd olunub ki, dünyada zorakılığın kəskin artması Yaxış Şərqdəki münaqişələr səbəbindən baş verir. Həyat üçün ən təhlükəli ölkə kimi Suriya göstərilib, ondan sonra Cənubi Sudan, İraq, Əfqanıstan və Somali gəlir. 

Global Peace Index-in məlumatlarına görə, ötən il terror hücumlarının sayı bütün müşahidə dövrü ərzində rekord səviyyəyə çatıb. Hücumların böyük hissəsi Suriya, İraq, Nigeriya, Əfqanıstan və Pakistanda baş verib.

Avropa planetdə ən dinc region kimi qalıb, lakin mütəxəssislər qeyd edir ki, son beş ildə Avropa ölkələrində terror hücumlarının sayı kəskin artıb. 

"The Independent" yazır ki,son 10 ildə bu reytinqi tərtib edən İqtisadiyyat və Sülh İnstitutunun məlumatlarına görə, hazırda  dünyada yalnız 10 ölkə tamamilə münaqişələrdən (daxili və xarici) azaddır. Bunlar Botsvana, Çili, Kosta Rika, Yaponiya, Mavritaniya, Panama, Qətər, İsveçrə, Uruqvay və Vyetnamdır. 

Reytinqin tərtib olunması zaman 23 amil nəzərə alınır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi