Gitanas Nauseda: “Avropa İttifaqına qoşulduqdan sonra Litva iqtisadi uğur qazanmışdır”

Gitanas Nauseda: “Avropa İttifaqına qoşulduqdan sonra Litva iqtisadi uğur qazanmışdır” “İki onillik öncə Avropa İttifaqına qoşulduqdan sonra Litva iqtisadi uğur qazanmışdır”.
Digər ölkələr
18 May , 2022 21:19
Gitanas Nauseda: “Avropa İttifaqına qoşulduqdan sonra Litva iqtisadi uğur qazanmışdır”

“İki onillik öncə Avropa İttifaqına qoşulduqdan sonra Litva iqtisadi uğur qazanmışdır”.

"Report" xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunda deyib.

Litvanın dövlət başçısı vurğulayıb:

“Sizin xüsusi diqqətinizi Litvanın Klaypeda dəniz limanına cəlb etmək istərdim. Həmin zonada dəniz buz bağlamır və o, Baltik dövlətləri arasında ən böyük limandır. Bütün il ərzində, Litva strateji baxımdan güclü, şaxələndirilmiş istehsal sektorunun qurulmasına diqqət yetirirdi. İndi isə ölkəmiz innovativ və yüksək texnoloji sektorlar üzərində çalışır. Güclü istehsal sabit enerji mənbələrini tələb edir. Son on il ərzində biz artıq böyük elektrik istehsalı işlərini icra etmişik, qaz və maye qaz terminalının tikintisi layihələrini həyata keçirmişik. Həmin terminalın inşası 2014-cü ildə başa çatdırılmışdır. Hazırda enerji sektorumuz günəş və külək enerji parklarından ibarətdir. Biz bu yaxınlarda Baltik dənizində ilk dəfə olaraq külək enerji parkını yaradacağıq.

Litvanın ərzaq və kənd təsərrüfatı sahəsinin gücü müxtəlif çeşidli məhsullarda görünür. Nəticədə, biz ərzaq məhsullarımızı 150-dən artıq ölkəyə ixrac edirik. Nəhayət, bütün iqtisadi sahələr ixtisaslı əmək qüvvəsi sayəsində bir-biri ilə bağlıdır. Gənclərin 56 faizi ali təhsilə malikdir və bu göstəriciyə görə Litva Avropa İttifaqında lider mövqeyindədir. Mənim ölkəmdə adam başına düşən ümumi daxili məhsulun payı ən sürətlə Avropa İttifaqının orta göstəricisinə yaxınlaşıb və bu reytinqdə biz yalnız İrlandiyadan sonra gəlirik”.

Son xəbərlər

Orphus sistemi