Bakı. 12 mart. REPORT.AZ/ Kaliforniya geofizikləri ştatın cənubunda baş verə biləcək və 1812-ci ilin faciəsini təkrarlayacaq güclü zəlzələ proqnozlaşdırıblar.
"Report" xəbər verir ki, alimlərin tədqiqatları "Science Advances" jurnalında dərc olunub.
1812-ci il dekabr ayının 8-də San-Xuan-Kapistrano rayonunda 7.5 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Kaliforniyada qeydə alınan ən güclü təkanlar olub.
Tədqiqatlar göstərir ki, zəlzələ təkrarlana bilər və daha dağıdıcı nəticələrə gətirib çıxara bilər.