"General Motors" 1000-dən çox iş yerini ixtisar edəcək

"General Motors" 1000-dən çox iş yerini ixtisar edəcək Yanvar ayında artıq 2 min iş yeri azaldılıb
Digər ölkələr
7 Mart , 2017 05:28
General Motors 1000-dən çox iş yerini ixtisar edəcək

Bakı. 7 mart. REPORT.AZ/ "General Motors" avtomobil şirkəti (GM) istehsal gücünün Tenessi ştatına köçürülməsi ilə əlaqədar olaraq Birləşmiş Ştatların Miçiqan ştatında 1100 əməkdaşını ixtisar etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə şirkətin bəyanatına istinadən "Reuters" məlumat yayıb.

GM bundan əvvəl 1,5 min iş yerinin saxlanılması məqsədi ilə 1 mlrd. dollar vəsait yatırmaq niyyətində olduğunu məlumat vermişdi.

Şirkət 2016-cı ilin noyabrında satış həcminin aşağı düşməsi ilə əlaqədar Amerika zavodlarında 2 min əməkdaşının ixtisar ediləcəyini bəyan etmişdi. Bu qərar cari ilin yanvar ayının ortalarında Lordston, Ohayo, Lensinq və Miçiqandakı zavodlarda üçüncü növbədən imtina sayəsində həyata keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi