Gələn həftə Putinlə Makron arasında danışıqlar olacaq

Gələn həftə Putinlə Makron arasında danışıqlar olacaq Fransa prezidenti Emmanuel Makron gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.
Digər ölkələr
10 Dekabr , 2021 04:15
Gələn həftə Putinlə Makron arasında danışıqlar olacaq

Fransa prezidenti Emmanuel Makron gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, danışıqlar Ukraynadakı vəziyyətlə bağlıdır.

Makron bu bəyanatla Yelisey sarayında Fransanın 2022-ci ilin birinci yarısında Avropa İttifaqına sədrliyi zamanı prioritetlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

“Avropa ölkələri Ukraynadakı münaqişəni müstəqil həll edə bilməz, çünki bu, həm də digər dövlətlərin xoş niyyətindən asılıdır”, - Makron bildirib.

Son xəbərlər

Orphus sistemi