"Gallup": Amerikalıların 18%-i İrana qarşı hərbi əməliyyatların tərəfdarıdır

"Gallup": Amerikalıların 18%-i İrana qarşı hərbi əməliyyatların tərəfdarıdır ABŞ sakinlərinin 18%-i Vaşinqtonun İranın nüvə proqramına son qoymaq üçün Tehrana qarşı hərbi tədbirlər görməli olduğunu hesab edir.
Digər ölkələr
20 Avqust , 2019 16:58
Gallup: Amerikalıların 18%-i İrana qarşı hərbi əməliyyatların tərəfdarıdır

ABŞ sakinlərinin 18%-i Vaşinqtonun İranın nüvə proqramına son qoymaq üçün Tehrana qarşı hərbi tədbirlər görməli olduğunu hesab edir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu "Gallup"ın sorğusunun nəticələri göstərir.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 78%-i Tehrana qarşı iqtisadi və diplomatik tədbirlərin tərəfdarıdır.

Eyni zamanda hərbi əməliyyatın əleyhinə olan respondentlərdən iqtisadi və diplomatik sanksiyların nəticə verməyəcəyi təqdirdə ABŞ-ın güc tətbiq edib-etməməli olduğu da soruşulub. Rəyi soruşulanların yarısından çoxu (53%) hətta bu vəziyyətdə də Vaşinqtonun hərbi addım atmamasının zəruri olduğunu söyləyib, 42% isə əks fikirdə olub.

Bundan əlavə, sorğu nəticələri amerikalıların 65%-nin ABŞ-ın İrana qarşı hərbi güc tətbiq etməyə başlayacağından çox narahat və ya bir qədər narahat olduqlarını göstərir.

Qeyd edək ki, sorğu iyulun 15-dən 31-dək olan tarixdə keçirilib. Sorğuda ABŞ-da yaşayan, yaşı 18-dən yuxarı olan 1,5 mindən çox insan iştirak edib.

Son xəbərlər

Orphus sistemi